BAKI, 19 mart-Sputnik. Tunis məhkəməsi Tunisin sabiq prezidenti Zin əl-Abidin Bin Əlini hakimiyyətdən sui-istifadə etməkdə ittiham edərək qiyabi 10 il həbs cəzasına məhkum edib.
Sputnik-in məlumatına görə, prokurorluğun iddiasına əsasən Bin Əli "Bienvu" reklam şirkətindən qazanc əldə etmək məqsədilə vəzifəsindən sui-istifadə edib. İşin digər detalları barədə açıqlama verilməyib.
Bu Tunisin "ərəb baharı" inqilabları dönəmində devrilmiş sabiq prezidentinə qarşı irəli sürülən ilk ittiham deyil.
Bin Əli 2011-ci ildə ölkədə baş vermiş "yasəmən inqilabı"dan sonra Səudiyyə Ərəbistanına qaçıb.