Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu tərəvəzin faydaları ilə tanış olun

© cukurovasebzemeyveKələm
Kələm - Sputnik Azərbaycan
Abunə olmaq
Kələm yarpaqları bədənimizin müəyyən bölgələrindəki ağrılara olduqca müsbət təsir edir.

BAKI, 19 mart – Sputnik. Kələm yarpaqları bədənimizin müəyyən bölgələrindəki ağrılara olduqca müsbət təsir edir. Sputnik azadqadin.az-a istinadən kələm yarpağının möcüzəvi faydalarını sizə təqdim edir:

1 — Zərbələrlə bağlı şişliklərə kələm yarpağı çox faydalıdır

Bilmədən bədəninizdə hər hansı bir yerinizi harasa dəydi və şişdi.. Dərhal o bölgəni kələm yarpağı ilə sarıyın.  Əl ayaq bilək qıç kimi bölgələrdəki şişləyərin bir gecədə keçdiyini görəcəksiniz. Əgər müalicənin daha qısa sürməsini istəyirsinizsə buz ilə tətbiq edin.

2 — Qalxanvarı vəsə kələm yarpağı çox faydalıdır

Həzm sistemi, böyümə hormonlarının və maddələr mübadiləsinin işləməsində qalxanvarı vəz son dərcə əhəmiyyətlidir. Tiroid bezindəki anormallıqlarlaradan qaldırmaq üçün bir çox təbii üsullar vardır. Bu üsulların ən effektlisi işə kələm yarpağıpdır.Gecə yatmadan əvvəl kələm yarpağını boğazınıza sarıyın və yatın.

3 — Baş ağrısına kələm yarpağı çox faydalıdır

Əgər səhər qalxdığınızda dözülməz bir baş ağrısı ilə oyanırsınızsa gözlərinizdə problem ola bilər və həkimə getməniz məsləhətdir. Ancaq baş ağrısı stress və yorğunluğa bağlıdırsa başınıza kələm yarpaqlarını qoyun və düşməməsi üçün üstündən dəpapaq qoyun. Bir gündə təsirinə inana bilməyəcəksiniz.

4 — Əmizdirməyə bağlı sinə ağrısına kələm yarpağı çox faydalıdır

Uşaq əmizdirməklə bağlı sinə ağrılarından təbii üsulla xilas olmaq mümkündür. Təzə kələm yarpaqlarını sinənizə qoyun və buzqalter ilə yatın. Səhər qalxdığınızda özünüzü çox yaxşı hiss edəcəksiniz. Həftədə 2-3 gün bu kələm yarpağı müalicəsini tətbiq edin, bu üsul sizi sinə ağrılarınızdan tamamilə qurtaracaq.

Xəbər lenti
0