BAKI, 19 mart – Sputnik. Özbəkistan ən azı iki sərhəd-buraxılış məntəqəsində Qırğızıstandan ölkəyə girişi birtərəfli qaydada dayandırıb.
Sputnik Report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir.
Xəbərə görə, Özbəkistan martın 18-də Qırğızıstanla mübahisəli Ala-Buka rayonu ərazisinə onlarla əsgər, iki BTR və iki hərbi yük maşını yerləşdirib.
Öz növbəsində, Qırğızıstan üç sərhəd-buraxılış məntəqəsində Özbəkistandan ölkəyə girişi bağlayıb, həmçinin özbək sərhədçiləri ilə danışıqlar aparmağa təşəbbüs göstərib.