BAKI, 18 mar — Sputnik. Yaponiya və ABŞ-ın ortaq “Hanson Robotics və Hiroshi Ishiguro” laboratoriyası süni zəka texnologiyasında irəliləyiş edərək insana ən çox bənzəyən robotu yaradıblar.
Sputnik haberler-ə istinadla xəbər verir ki, Sofia adı verilən robot 2015-ci ilin aprel ayında ilk dəfə aktivləşdirilib. 62-dən çox üz hərəkətiylə duyğuları təqlid edə bilən Sofianın dərisi silikondan düzəldilib.
Kompüter alqoritmlərinə uyğun çalışan göz kameraları sayəsində Sofia qarşısındakı üzləri izləyə bilir və göz təması quraraq insanları tanıya bilir.
Səs tanıma sistemi ilə Sofia danışa bilir.
Mühəndis David Hanson bu robotları sağlamlığa qayğı, müalicə, təhsil və xidmət sahələrində insanlara köməkçi və yoldaş olması üçün düzəldirik deyib.
Lakin Sofia David Hansonun "Bəşəriyyəti məhv edəcəksən?" "Bəli, edəcəyəm" cavabını verib. Alim ondan belə cavab verməməsini xahiş etsə də robot təhlükəli proqnozu təsdiq edib.