BAKI, 18 mart-Sputnik. Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılığı ilə deputatlar Xanlar Fətiyev, Adil Əliyev və Nizami Cəfərov martın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Astana şəhərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, Valeh Ələsgərov və Xanlar Fətiyev MDB Parlamentlərarası Assambleyasının, Adil Əliyev MDB İcraiyyə Komitəsinin, Nizami Cəfərov isə Türkdilli ölkələrin Parlamentlərarası Assambleyasının xətti ilə müşahidəçilər missiyasına qatılacaqlar.
Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.
Səfər martın 21-də başa çatacaq.