BAKI, 18 mart – Sputnik. PKK terror təşkilatının Suriyadakı qolu “YPG” silahlıları ilə Bəşər Əsəd rejimi əsgərləri arasında silahlı atışma yaşanıb. İnsident ölkənin şimalındakı Kamışlı rayonunda Bəşər Əsəd rejiminə bağlı 60 əsgərin girov götürülməsindən sonra başlayıb.
Sputnik Songundem-ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı məlumat yayıb.
Xəbərəgörə, “YPG” Bəşşar Əsəd rejiminə aid hərbçilərin olduğu binanı top atəşinə də tutub.
Terrorçular Kamışlının böyük bir hissəsinə nəzarət etsə də, rayonun qalan ərazisində rejimin silahlıları yerləşib. Bundan başqa, rayondakı hava limanı da Bəşər Əsədə aid qüvvələrin nəzarəti altındadır.