Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pivə alverçilərinə və həvəskarlarına bəd xəbər

© Sputnik / Dmitriy Korobeynikov / Mediabanka keçidPivə çəlləkləri. Arxiv şəkli
Pivə çəlləkləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda pivənin nağd pulla topdansatışı qadağan olunur

Bakı, 18 mart-Sputnik. Azərbaycanda topdansatış pivənin nağd şəkildə satışı qadağan edilir.

Sputnik xəbər verir ki, martın 18-də keçirilən Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinə bununla əlaqədar dəyişiklik edilib.

Dəyişikliyə görə, Məcəllənin 213-1.3-cü maddəsində "Tütün" sözü "Pivə və tütün" sözləri ilə əvəz edilib. Dəyişikliyə əsasən tütünlə yanaşı pivənin də topdansatışı kart sistemi olacaq.

Maddənin yeni formasında qeyd olunub ki, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişiklik səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0