BAKI, 18 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün fövqəladə hadisələrin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Sputnik-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanmış, şəxsi heyət təlimatlandırılıb.