CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxda baş verən dəhşətli qətlin üstü açıldı

© Sputnik / Hikmet OrhunDəhşətli cinayətin izləri hələ də evin döşəməsində qalmaqdadır
Dəhşətli cinayətin izləri hələ də evin döşəməsində qalmaqdadır - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni baltalanıb qətlə yetirilən ər-arvad Nəriman Osmanovun və Dünya Bakıxanovanın kürəkəni Elşən Musayev törədib.

BAKI, 17 mar — Sputnik. Qazaxın Cəfərli kəndində baş verən dəhşətli qətlin üstü açılıb. Əldə etdiyimiz məlumata görə, hadisəni baltalanaraq qətlə yetirilən ər-arvad Nəriman Osmanovun və Dünya Bakıxanovanın kürəkəni Elşən Musayev törədib. Məlumatda qeyd olunduğu kimi onun iki nəfər cinayət ortağının isə adı açıqlanmır.

Kənd sakini Şöhrət Məmmədov bildirib ki, Ağköynək kənd sakini Elşən Musayev ağır işgəncələrlə qətlə yetirilən Nəriman Osmanovun birinci evliliyindən olan qızı Səbinə Musayevanın həyat yoldaşıdır. 

Hadisənin pul əldə etmək üçün oğurluq məqsədilə törədildiyi bildirilir.

Məsələylə bağlı Qazax Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Bildirildi ki, hazırda iş bağlıdır, cinayətkarın və ya cinayətkarların tapılması ilə bağlı heç bir məlumat yoxdur. Araşdırma gedir. 

Xatırladaq ki, martın 12-dən 13-ə keçən gecə baş verən hadisədə Qazaxın Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndində 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətində yaşayan 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanova baltalanaraq öldürülmüşdü.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0