BAKI, 17 mart-Sputnik. Cari ilin yanvar-fevral aylarında ölkə əhalisi 6 459,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 10,2%-dən çox gəlir əldə edib.
Sputnik Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu gəlirin orta hesabla hər nəfərə düşən həcmi 673,3 manat təşkil edib.
Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 5 769,5 mln. manatlıq və ya əvvəlki ildəkindən 9,4% çox vəsait qalıb.