CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə maaş almayan vətəndaş qalmayacaq

© Photo : www.daronboz.comYeni Zelandiyanın Şimal adasından görüntü. Arxiv şəkli
Yeni Zelandiyanın Şimal adasından görüntü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Niderland, Kanada və Finlandiyada tətbiq olunan bu sistemi indi də Yeni Zelandiya sınaqdan keçirəcək.

Bakı, 17 mart-Sputnik. Yeni Zelandiya bütün vətəndaşlarına maaş verməyi planlaşdırır. 

Sputnik haberler-ə istinadla xəbər verir ki, ötən aylarda buna bənzər planlar Niderland, Kanada və Finlandiyada da gündəmə gəlmişdi.

Yeni Zelandiyanın ana müxalifət lideri Endryu Littl (Andrew Little) bunu tətbiq etməklə struktur işsizliyin artması ehtimalını ortadan qaldıra biləcəklərini düşündüklərini deyib. Onun sözlərinə görə, bu məsələ mart ayının sonunda müzakirəyə çıxarılacaq.

Endryu Littl deyib ki, Yeni Zelandiyada bürokratiya çoxdur. Ölkədəki gəlirlərin dəstəklənməsi sistemi işdən çıxan hər kəsin haqqı olan yardımları ala bilmək üçün bir müddət gözləməsini, bürokratik əngəllərlə məşğul olmasını, bir çox sənədləri doldurmasını nəzərdə tutur. Vətəndaş bütün bunları yeni bir iş tapmağa çalışarkən edir.

Littl qeyd edib ki, bu səbəbdən problemsiz, asan işləyən və insanın işə girib çıxmasını sadələşdirən, ona təməl bir gəlir gətirən sistemin müzakirəsini zəruri sayırlar.

Məlumat üçün bildirək ki, İsveçrə önümüzdəki aylarda buna bənzər bir planı tətbiq etmək üçün referendum keçirəcək.

 

Xəbər lenti
0