Bakı, 17 mart — Sputnik. ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəis müavini Mark Toner jurnalistlər üçün təşkil olunmuş brifinqdə ABŞ-ın Suriyada muxtar ya da yarı muxtar bir kürd bölgəsini tanımayacağını, Suriyanın bütövlüyünün tərəfində olduqlarını söyləyib.
Bu barədə Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir.
Suriyalı kürdlərin bir federasiya ya da muxtariyyət tərəfdarı olduqlarından xəbərdar olduqlarını deyən Toner bildirib ki, bu mövzuda çox açıq olduq. Suriyada muxtar ya da yarı muxtar bir kürd bölgəsini tanımayacağıq.
Bu məsələnin geniş əhatəli olaraq Cenevrədə keçiriləcək Suriya konfransında tərəflər arasında müzakirəsinin lazım olduğunu söyləyən Toner deyib: "Bundan daha geniş olaraq da buna Suriya xalqı qərar verməlidir. Suriyalıların adından bizim ya da başqalarının bunu müəyyənləşdirəcəyi mövzu deyil.
Toner hər hansı bir muxtariyyətin Suriyanın bütövlüyünə bir təhdid meydana gətirəcəyini söyləyib.