CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakılı "qanuni oğru"nun "adı" əlindən alındı

© Photo : Albania.deСходка мафии. Архивное фото
Сходка мафии. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədəki "sxodka" gürcü "qanuni oğruları" və Rövşən Lənkəranski Dadaş Novxaninskiyə xatırladıblar ki, o, vaxtilə Lənkəranski əleyhinə əməldə iştirak edib.

BAKI, 16 mart — Sputnik. Kriminal avtoritet, oğru aləmində Dadaş Novxaninski kimi tanınan 42 yaşlı Dadaş İbrahimov Krasnoyarsk diyarının islah-əmək koloniyasından azadlığa çıxmağa macal tapmamış onun "qanuni oğru" titulu əlindən alınıb. Dünən Türkiyədə keçirilən "sxodka"da elan ediblər ki, artıq Dadaş Novxaninski (Bakinski) "oğru" deyil.

İbrahimov martın 12-də gecə Rusiya DİN-in Cinayət-axtarış Baş İdarəsinin əməkdaşlarının müşayiəti ilə Domodedovo aeroportundan "Moskva-Bakı" reysi ilə deportasiya edilib. Dadaşa 2021-ci ilə qədər Rusiya sərhəddini qanuni yolla keçmək qadağan olunub. 

Bununla belə, Bakıda da onun gəlişindən məmnun deyillər. Respublikanın hüquq-mühafizə orqanları öz növbəsində Dadaşa aydın surətdə başa salıblar ki, O, Azərbaycanda arzu edilməyən elementdir. 

© Photo : Прайм краймДадаш Ибрагимов
Дадаш Ибрагимов - Sputnik Azərbaycan
Дадаш Ибрагимов

Moskvadakı oğru aləminə yaxın mənbələr Sputnik-ə bildiriblər ki, ötən gün Türkiyədəki "sxodka" gürcü "qanuni oğruları" və onların Azərbaycandan olan kolleqaları, Rövşən Lənkəranski adı ilə məşhur olan Rövşən Canıyev tərəfindən təşkil edilib. 

Burada Dadaş Novxaninskiyə xatırladıblar ki, o, vaxtilə Rövşən Lənkəranski əleyhinə "proqon"da (cinayət yoldaşını aldatma-red.) iştirak edib. 

İbrahimov Rusiyada ilk dəfə məhkəməyə 2012-ci ildə düşüb. Onda Moskvada, Krasnoprudnı küçəsində Moskva cinayət-axtarış şöbəsinin əməkdaşları onu 2,84 qram heroinlə saxlamışdılar. Onda İbrahimovun müdafiəsini sabiq oliqarx Mixail Xodorkovskinin vəkillərindən biri öz üzərinə götürmüşdü. 

Daha əvvəl, 2009-cu ilin martında Dadaş Moskvada Kosmonavtlar küçəsindəki  "Podsolnux" restoranında digər azərbaycanlı oğrular — Mamed, Hacı və Yusifin də iştirak etdiyi "oğru sxodkası"nda ələ keçib. Onda milislər hətta Dadaşın mövcudluğundan belə xəbərsiz idilər və daha məşhur həmkarlarının fonunda nəzər çarpmadı.

2015-ci ildə o heroinə görə aldığı 4 ilə həbsxana işçisinə rüşvət vermə cəhdinə görə 11 ay da əlavə edib. İbrahimov nəzarətçiyə mobil telefonun əvəzində qızıl saat veribmiş.

İbrahimov 2000-ci ildə "ad alıb". 2002-ci ildə o, Azərbaycanda ilk və hələlik yeganə cəzasını — xuliqanlığa görə, il yarımını alıb.

Xəbər lenti
0