Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bayram tətillərinin qiymətləri ilə tanış olun

© Sputnik / Mikhail Mokrushin / Mediabanka keçidВид на город Тбилиси
Вид на город Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz bayramını xarici ölkədə keçirmək üçün nə qədər vəsait lazımdır?

BAKI, 16 mart — Sputnik. Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq 20, 21, 22, 23, 24 mart qeyri-iş günü təyin edilib. Əhalinin çoxu bayram günlərini evində keçirsə də, rayonlara gedənlərlə yanaşı xarici ölkələrə də üz tutanlar olacaq. Bəs Novruz bayramını xarici ölkədə keçirmək üçün nə qədər vəsait lazımdır?

Milli.az məsələ ilə bağlı turizm şirkətləri ilə əlaqə saxlayıb qiymətlər ilə maraqlanıb.

İlk olaraq zəng edilən şirkət Novruz bayramı ilə əlaqədar sərfəli səyahət paketlərinin olduğunu bildirib. Onlar qeyd ediblər ki, adi günlər ilə müqayisədə mart ayının 19-dan 25-nə kimi nəzərdə tutulan turların qiymətlərində endirim var. Şirkətdən verilən məlumata görə, Novruz bayramı tarixləri üçün nəzərdə tutulan Kapadokya, Batumi, Tbilisi turu üçün 235 dollar (391 manat), Praqa üçün 725 avro (1347 manat), Honq Konq üçün 1550 dollar (2581 manat), Dubay üçün 350 dollar (582 manat) və Sankt-Peterburq üçün 590 manat pul lazımdır.

Qiymətlər ilə digər turizm şirkətində maraqlandıqda isə rəqəmlər çox da fərqli olmayıb. Mərkəzdən bayram günlərini maraqlı keçirmək üçün 350 dollarlıq (582 manat) İstanbul, 539 dollarlıq (897 manat) Budapeşt, 579 dollarlıq (964 manat) Vyana, 598 dollarlıq (995 manat) Sofiya, 649 dollarlıq (1080 manat) Paris, 684 dolları (1139 manat) Milan, 587 dollarlıq (977 manat) Praqa, 577 dollarlıq (960 manat) Afina və 890 dollarlıq (1482 manat) Dubay turlarının olduğunu bildiriblər. Menecer sadalanan qiymətlərin 3 ulduzlu oteldə 6 gecə qonaqlama üçün nəzərdə tutulduğunu deyilib.

Turizm şirkətləri təqdim edilən qiymətlərə viza dəstəyi, otel, səhər yeməyi, səyahət sığortası, transfer, professional fotosessiya və turun marşrutu boyu nəqliyyat, ekskursiya daxil olduğunu və iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulduğunu deyiblər. Viza almaq üçün ən azı 1 həftə vaxt lazım olduğuna görə, bayramda viza tələb olunan ölkələrə səyahət etmək üçün müraciətə kifayət qədər vaxt qalmayıb. Buna görə də, bayramı xaricdə keçirmək istəyənlərə üçün İstanbul və Tiflis şəhərləri məsləhətdir.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalından Bakı-Tbilisi istiqamətində hərəkət edən avtobuslarda 1 nəfər üçün gediş haqqı 12 manat, İstanbul reysi üçün isə 100 manat nəzərdə tutulub. Avtobus Bakıdan İstanbula 36 saata çatır. Azərbaycan hava yollarında isə təyyarə biletinin qiyməti İstanbul istiqamətində 200-220 manat, Tbilisi istiqamətində isə 140,150 manat arası dəyişir.

Xəbər lenti
0