BAKI, 16 mart – Sputnik. “İraq hökuməti tam tərkibdə istefa verə bilər”.
Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin xüsusi bəyantında qeyd olunub.
"Hökumət öz məsuliyyətini dərk edərək, lazımi vaxtda istefa verməyə hazırdır “, — deyə kabinetin bəyantında vurğulanıb.
Analitiklər bunu, baş nazir Heydər əl-İbadinin aparmaq istədiyi islahatlar prosesini dəstəkləmək cəhdi kimi dəyərləndiriblər.
Dünən İraqın baş naziri genişmiqyaslı islahat aparmaq üçün dövlət komissiyasına müraciət edərək, onlardan nazir vəzifələrinə yeni namizədlər təklif etməsini istəyib.