BAKI, 16 mar — Sputnik. İranda qeyd olunan Novruz şənlikləri faciəvi başa çatıb.
İRNA-nın məlumatına əsasən, dünənki İlaxır çərşənbə (Çaharşənbeyi-Suri) törənlərinə 3 nəfər həlak olub.
Qəzvin və Rəşt şəhərlərində həlak olmuş 24 və 15 yaşlı gənclər əlqəqayırma partlayıcıların işə düşməsi nəticəsində həyatlarını itiriblər. Tehranda isə 45 yaşlı şəxsin atəşfəşanlıqdan ürəyi partlayıb.
Xilasetmə xidmətinin nümayəndəsi Müctab Xalidi bildirib ki, şənliklər nəticəsində onlarla yaralanan var. Onların əksəriyyətinin 20 yaşı tamam olmamış yeniyetmələr təşkil edir.