Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Aslan İsmayılovu bir şapalaqla öldürdülər

Abunə olmaq
Bakı sakini bir sillə ilə tanışını öldürüb.

BAKI, 16 mar — Sputnik. Bakıda ölüm hadisəsi baş verib.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Aslan İsmayılova yaşadığı evdə tanışı Elvin Əliyev sillə ilə vurub. Nəticədə A.İsmayılov yıxılaraq ölüb.

E.Əliyev könüllü olaraq hadisə barədə polisə məlumat verib. O, hələlik həbs edilməyib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Xəbər lenti
0