SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-da prezidentliyə namizəd Marko Rubio seçki kampaniyasını dayandırıb

Abunə olmaq
Rubio deyib ki, o, 2016-cı ildə prezident ola bilməyəcək.

BAKI, 16 mart – Sputnik. Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Marko Rubio öz seçki kampaniyasını sonlandırıb.

Sputnik Rusiya NTV-nə istinadən xəbər verir ki, Rubio bu barədə bəyanatı senatoru olduğu Florida ştatında məğlubiyyətdən sonra verib.

Rubio deyib ki, o, 2016-cı ildə prezident ola bilməyəcək. O bildirib ki, əgər Allahın izni olmasa, o, heç vaxt ölkəyə rəhbərlik edə bilməyəcək.

Florida ştatında keçirilən ön seçkilərdə Hillari Klinton və Donald Tramp qalib gəlib.

Xəbər lenti
0