Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Novruz şirniyyatlarının zərərindən necə qurtulmalı?

Abunə olmaq
Novruz bayramı günlərində hər bir evdə milli yaz şirniyyatlarının təqdim olunduğu stol açılır. Sputnik baharı necə daha düzgün qarşılamağın və bu zaman kökəlməməyin sirrlərini oxucuları ilə bölüşür.

Əsrlərdir ki, Azərbaycanda hər il fevralın axırıncı çərşənbə axşamından etibarən Novruz bayramının hazırlıqlarına başlanılır. Bir ay ərzində dörd həftənin hər çərşənbə axşamı günündə "çərşənbə" qeyd olunur.

Bu gün isə onlardan axırıncısı — "torpaq çərşənbəsi"dir. Bu bayramlar baharın gəlişini xəbər verən təbiətin dörd ünsürünü simvolizə edir.

Ənənəyə görə, bu günlərdə Azərbaycanda bayram süfrələri açılır. Mütləq hər bir evdə milli şirniyyatlar olmalıdır. Zəngin valehedici dada malik bu şirniyyatlara qarşı heç kəs laqeyd qala bilmir. Bu, yüksək kalorili şirniyyatların yeganə xoşa gəlməyən tərəfi artıq çəkiyə səbəb olmasıdır.

Sputnik Azərbaycanın redaksiyası Novruz şirniyyatlarının kalorisini və bayram günlərində toplanan bu "dadlı" kaloridən qurtulmağın yollarını göstərən xüsusi infoqrafika tərtib edib.

Xəbər lenti
0