Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyada azərbaycanlı "nurçu" saxlanılıb

© Sputnik / Igor Zarembo / Mediabanka keçidAnti-terror əməliyyatı
Anti-terror əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq-mühafizə orqanları Dağıstanda Rusiya ərazisində qadağan olunmuş, "Nurçular" kimi tanınan dini təşkilatının üzvlərini saxlamaq üçün irimiqyaslı xüsusi əməliyyat keçirib

BAKI, 15 mart — Sputnik. Hüquq-mühafizə orqanları Dağıstanda, Rusiya ərazisində qadağan olunmuş "Nurçular" kimi tanınan dini cərəyanın üzvlərini saxlamaq üçün irimiqyaslı xüsusi əməliyyat keçirib.

Nəticədə 14 nəfər tutularaq polis bölməsinə gətirilib və onlardan 2-si barədə həbs qərarı çıxarılıb.

Sputnik-in məlumatına görə, bu barədə RİA Novosti-yə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. "Dağıstanın bir neçə şəhər və rayonunda keçirilən əməliyyat nəticəsində bölməyə 14 nəfər gətirilib, onlardan 2-si saxlanılıb. Hazırda onların həbsi üzərində iş gedir".

Mənbənin sözlərinə görə, saxlanılanlar arasında hazırda Rusiya vətəndaşlığı olan Azərbaycan əsilli şəxs də olub: "Saxlanılan şəxslərin evlərində aparılan axtarış zamanı qadağan olunmuş ədəbiyyat da aşkarlanıb. Martın 4-də "ekstremist təşkilatın yaradılması" faktı ilə bağlı cinayət işi açılıb".

2008-ci ildə RF Ali Məhkəməsinin qərarı ilə "Nurçular" ekstremist təşkilat kimi tanınıb və onun fəaliyyəti "vətəndaşlar arasında ölümü müsbət mənada təlqin edən qrupların formalaşdırılması və təlimin maraqları naminə özünü qurban verməyə hazır olmağı təbliğ etməsi" ilə əlaqədar olaraq Rusiya ərazisində qadağan edilib.

Xəbər lenti
0