BAKI, 15 mart-Sputnik. Bu gün, ilin axırıncı çərşənbəsində milli geyimli bahar qızı süvari dəstəsinin müşayiəti ilə Bakının mərkəzi küçələrindən keçib. Bununla da simvolik olaraq Novruzun gəlişini şəhər camaatına müjdələmək istəyib. Bahar qızını və onu müşayiət edən atlı dəstəni görən sakinlər balkonlara və pəncələrələrin qarşına axışıblar. Bu şəkli də həmin sakinlərdən biri çəkərək öz facebook hesabına yerləşdirib.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti xalqımızın sevimli bayramını özünəməxsus sürprizlərlə qeyd etməyi xoşlayır.
Sputnik-in əldə etdiyi məlumata görə, bahar qızının at üstündə şəhəri dolaşması da, BŞİH-in başçısı, adətən öz maraqlı ideyaları ilə gündəmə gələn Hacıbala Abutalıbovun ideyasıdır.