ELM

Peşə liseylərinin şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

BAKI, 14 mart — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən martın 13-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. TQDK-dan Sputnik-ə verilən məlumata görə, nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar. 


Xəbər lenti
0