BAKI, 14 mart – Sputnik. Suriya hökumətini və müxalifətini təmsil edən nümayəndə heyətləri bugün İsveçrənin Cenevrə şəhərində tam formatda danışıqlara başlayacaq.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, danışıqlar hələlik ikitərəfli formada deyil, vasitəçilərin rolu ilə keçiriləcək.
Münaqişənin həlli ilə bağlı danışıqlarda BMT baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura da iştirak edəcək.
Həm hökumət həm də müxalifətdən olan nümayəndələr martın 11-dən Cenevrəyə gəlməyə başlayıb və ilkin müzakirə martın 9-da keçirilib.