Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Müğənnilərin gəlirləri azalıb”

© Photo : NAMIQ ZEYNALOVNamiq Zeynalov, bəstəkar
Namiq Zeynalov, bəstəkar - Sputnik Azərbaycan
Abunə olmaq
Toyların kəskin azalması, şou-proqramların keçirilməməsi, konsertlərin təxirə salınması müğənnilərin gəlirlərinin də azalmasına səbəb olub.

BAKI, 14 mart — Sputnik. Manatın devalvasiyası incəsənət aləminə də təsirsiz ötüşməyib.

Toyların kəskin azalması, şou-proqramların keçirilməməsi, konsertlərin təxirə salınması müğənnilərin gəlirlərinin də azalmasına səbəb olub. Müğənnilərin maddi vəziyyətinin aşağı düşməsi yeni bəstələr almalarına da təsir edir. Beləliklə bəstəkarların da işlərində durğunluq yaranıb. Sputnik-in əməkdaşı gənc bəstəkar və aranjmançı Namiq Zeynalovla söhbəti zamanı bu məsələlərdən danışıb. 

“Son vaxtlar hər bir sahədə gəlirlərin azalması baş verdiyinə görə (o cümlədən toy, şou, restoranlar və s.) bəstəkarların, aranjımançıların işində də səngimələr baş verir, təbii ki, bu zaman müğənnilərin bəstəkarlara müraciəti də azalır. Qeyd etdiyim kimi müğənnilərin gəlirləri azalıb. Buna görə də, misal üçün, əvvəllər bir müğənni ildə 4-5 yeni mahnı aranjman elətdirirdisə, hazırda 1-2 mahnını güclə ala bilirlər”, — deyə Zeynalov qeyd etdi.

Zeynalovdan müğənnilərin maddi vəziyyətlərini nəzərə alaraq qiymətlərin aşağı endirilib-endirilməməsini soruşduq.

“Qiymətlər işin həcmindən asılıdır. Təbii ki, imkan dairəsində endirim etməyə çalışırıq. Həcmə uyğun olaraq endirim edirik”, — deyə bəstəkar bildirdi.

Xəbər lenti
0