BAKI, 14 mart — Sputnik. Səhiyyə Nazirliyi (SN) regionlarda səhiyyə mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədi ilə elmi seminarların keçirilməsi sahəsində tədbirləri davam etdirir. Nazirliyin mətbuat didmətindən Sputnik-ə verilən məlumata görə, bu silsilədən olan növbəti tədbirlər M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin mütəxəssisləri tərəfindən həyata keçirilib.
12 mart tarixində Göyçay şəhərində keçirilmiş elmi seminar "Bradikardiyaların müalicəsində süni ritm aparıcılarının tətbiqi"nə həsr olunub. Seminarda Göyçay həkimləri ilə yanaşı, Zərdab, Beyləxan, Ucar rayonlarından olan mütəxəssislər iştirak edib. Gələcəkdə bu tip elmi seminarların keçirilməsi davam etdiriləcək.
Qeyd etmək lazımdır ki, Səhiyyə Nazirliyi kadr resurslarının inkişafına böyük əhəmiyyət verir. Bu sıradan olan tədbirlər çərçivəsində ölkədə səhiyyə mütəxəssislərinin sertifikasiyası həyata keçirilir, həkimlər, otra tibb heyəti müxtəlif təlimlərə cəlb olunur, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunda ixtisasartırma kursları təşkil edilir.