Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Terror qurbanlarının sayı artır

© APAAnkaradakı partlayış
Ankaradakı partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin səhiyyə naziri qanlı Ankara hadisəsi ilə bağlı açıqlama verib: "Xəstəxanalarda itirdiyimiz vətəndaşlarımızın sayı 7 oldu. Həyatını itirənlərin sayı 37-yə yüksəldi"

BAKI, 14 mart — Sputnik. Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu da Ankaradakı partlayışla bağlı açıqlama verib. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq ölü sayı 37 nəfərə çatıb.

"Xəstəxanalarda dünən axşamdan etibarən 4 vətəndaşımızı, bu səhər saatlarında daha 3 vətəndaşımızı itirdik. Xəstəxanalarda itirdiyimiz vətəndaşlarımızın sayı 7 oldu. Həyatını itirənlərin sayı 37-yə yüksəldi", —deyə nazir bildirib.

Səhiyyə naziri xəstəxanalarda müalicələri davam edən yaralıların sayının da 71 olduğunu söyləyib.

Xəbər lenti
0