Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ kəşfiyyatı Ankara terroru barədə məlumatlı olub? - Rəsmi açıqlama gəldi

© AP Photo / Charles DharapakTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlham İsmayıl: "Milli İstihbarat Təşkilatının terrorçuluğa qarşı mübarizədə kifayət qədər təcrübəsi var. Çünki, Türkiyə terrorizmin hədəfində olan ölkədir. Yenə də MİT xarici xüsusi xidmət orqanları, xüsusilə İsrail və ABŞ kəşfiyyatı ilə əməkdaşlığını artırmalıdır"

BAKI, 14 mart — Sputnik. Ankarada, ümumiyyətlə Türkiyədə son vaxtlar baş verən hadisələr elə vəziyyət yaradıb ki, artıq insan "bu ölkəyə gəzməyə gedim, yoxsa yox" dilemması qarşısında qalır".

© Photo : RFE/RLİlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert
İlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert - Sputnik Azərbaycan
İlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert

Bunu Sputnik-ə açıqlamasında, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl deyib.: "Görünür, Amerikanın xüsusi xidmət orqanları da bu prosesin artan xətt üzrə getdiyini bilir. Mümkün deyil ki, filan vaxt filan hadisənin baş verəcəyini bilsinlər və bunu Türkiyə dövləti ilə bölüşməsinlər. Belə planların olacağını Türkiyə də, ABŞ da bilir. Amma hansı vaxt olacaq, nə vaxt olacaq, bunlar bəlli deyil".

"Birləşmiş Ştatlar Türkiyə ilə strateji müttəfiqdir. Amerika əgər teraktın konkret vaxtını bilsəydi, mütləq bunu Türkiyə ilə bölüşərdi. Sadəcə olaraq belə bir tendensiyanın olduğunu bilirlər, çünki artıq bir neçə terror olayları yaşanıb. Ona görə də öz vətəndaşlarını xəbərdar edirlər", —deyə İ. İsmayıl vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) əsas istiqaməti xaricə yönəlib, daha doğrusu xaricdən informasiyalar almağa: "Hər halda MİT-in daxildə terrorçuluğa qarşı mübarizədə kifayət qədər təcrübəsi var. Çünki, Türkiyə terrorizmin hədəfində olan ölkədir. Yenə də MİT xarici xüsusi xidmət orqanları, xüsusilə İsrail və ABŞ kəşfiyyatı ilə əməkdaşlığını artırmalıdır".

Qeyd edək ki, ABŞ səfirliyi Ankaradakı vətəndaşlarına terrorla bağlı xəbərdarlıq edibmiş. Səfirliyin saytında, sadəcə ingilis dilində olan bölmədə yerləşdirilən xəbərdarlıqda qeyd olunub ki, Ankaranın Anıtkabir və Baxçəlievlər ərazisində terror təhlükəsi gözlənilir. Buna görə də səfirlik vətəndaşlarına bu barədə xəbərdarlıq edərək, həmin ərazidən mümkün qədər uzaq olmalarını tövsiyyə edib.

Toğrul İsmayıl, politoloq - Sputnik Azərbaycan
TƏHLİL
"ABŞ-ın terrorçulara ötürdüyü silahlar Türkiyəyə tuşlanır"
Bu xəbərdarlığın səfirliyin saytında yalnız ingiliscə bölməsində yayımlanması müzakirəyə səbəb olub. Saytda verilən məlumatda terror hadisəsinin baş vermə ehtimalının ola biləcəyi binalar da göstərilib. Onların sırasında Anıtkabir, Milli Kitabxana, Quru Qoşunları Komandanlığı, Xaricli İşlər, Sosial Müdafiə və İqtisadiyyat Nazirliklərinin binaları da var.

ABŞ səfirliyi tərəfindən 11 martda Ankaradakı Amerika vətəndaşlarının xəbərdar edilməsi mesajı ilə əlaqədar, səfirliyin rəsmi tvitter hesabında açıqlama yerləşdirilib. Açıqlamada edilən xəbərdarlığın ənənəvi olduğu və Türkiyə hökuməti ilə dəqiqləşdirmə aparıldığı qeyd edilib.

Xəbər lenti
0