BAKI, 14 mart — Sputnik. Ankarada dünən axşam, ən az 37 insanın öldüyü terror hücumunu törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub. Sputnik milliyet-ə istinadla xəbər verir ki, təhlükəsizlik qaynaqlarına görə hücumu S.Ç.D adlı qadın terrorçu həyata keçirib.
Balıkəsir Universitetinin tələbəsi olan S.Ç.D-nin 2013-ci ildə terror təşkilatına qatıldığı iddia edilir.