BAKI, 14 mart — Sputnik. "Türkiyə, bölgədə yaşanan qeyri-sabitlik nəticəsində son illərdə terror hücumlarının hədəfi olmaqdadır".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam Ankarada meydana gələn terrorla bağlı verdiyi açıqlamasında belə deyib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Ərdoğan vurğulayıb ki, terror təşkilatları və onları maşa olaraq istifadə edənlər məğlub edildikcə ən əxlaqsız, ən vicdansız yollara üz tutaraq günahsız vətəndaşlarımızı hədəf alırlar.
Türkiyənin terror təhdidinə qarşı özünü müdafiə haqqından imtina etməyəcəyini deyən Ərdoğan, atılacaq addımların mesajını da verib.
"Vətəndaşlarımız narahat olmasınlar, terror dizə gətiriləcək. Dövlətimiz, hər cür terror təhdidi qarşısında, özünü müdafiə haqqından heç vaxt imtina etməyəcək", —deyə Prezident bəyan edib.
Türkiyə prezidenti daha sonra əlavə edib: "Ölkəmizin bütövlüyünü, xalqımızın birlik və bərabərliyini hədəf alan bu hücumlar, terrorla mübarizədəki əzmimizi əsla azaltmayacaq, qərarlı duruşumuzu daha da artıracaqdır".