BAKI, 13 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, martın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarına gəlincə, hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.