BAKI, 13 mart — Sputnik. Çin Beynəlxalq Dəniz Məhkəməsi Mərkəzi təsis etmək niyyətindədir.
Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Çin Ali Xalq Məhkəməsinin sədri Çjou Tsyan bildirib.
Ç. Tsyan deyib Ki, yeni strukturun yaradılmasında məqsəd ölkələrin akvatoriyada suverenliyini və hüquqlarını qorumaqdır: “Biz qətiyyətlə Çinin Milli suverenliyini, dəniz hüququnu və digər əsas maraqlarını qorumalıyıq. Bunun üçün dəniz gəmilərinin işini yaxşılaşdırmaq və Beynəlxalq Dəniz Məhkəməsi Mərkəzi yaratmaq lazımdır”.
Çinin dünyada ən böyük gəmi donanmasına malik olduğunu qeyd edən Ç. Tsyan Beynəlxalq Dəniz Məhkəməsi Mərkəzinin Çində yaradılmasını zəruri sayıb.