BAKI, 12 mart — Sputnik. Suriya tərəfindən atılan mərmi Türkiyənin Kilis bölgəsinə düşüb.
Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, mərmilərdən biri polis idarəsi və hərbçilərin kazarmaları arasındakı boş əraziyə düşüb, digəri isə partlamayaraq binanın divarına girib.
İnsident nəticəsində xəsarət alan olmayıb.
Sakinlər dərhal ərazidən təxliyə edilib. Hadisə yerində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.