SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Spiker Türkiyədə səfərdədir

Abunə olmaq
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti martın 10-dan Türkiyədə rəsmi səfərdədir.

BAKI, 11 mart — Sputnik. Xəbər verildiyi kimi, Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti martın 10-dan Türkiyədə rəsmi səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlardan Şəmsəddin Hacıyev, Ağalar Vəliyev, Malik Həsənov, Çingiz Qənizadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. 

Səfər Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarının ziyarəti ilə başlandı. Nümayəndə heyətimiz Anıtqəbir önünə əklil qoyaraq, Türk xalqının böyük oğluna ehtiramlarını ifadə etdi. Milli Məclisin Sədri buradakı xatirə kitabını imzaladı.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul etdi. 

Qəbulda Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparıldı. Diqqətə çatdırıldı ki, xalqlarımızın ümumi maraqlarını əks etdirən Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz və dönməzdir.

Sonra Azərbaycan parlament nümayəndə heyəti Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdü. Nümayəndə heyətimizi Ankarada salamlamaqdan məmnunluğunu ifadə edən Əhməd Davudoğlu Türkiyənin hər zaman Azərbaycan ilə birgə olduğunu diqqətə çatdırdı.

Davudoğlu dövlətimizin başçısı ilə Azərbaycanda keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərin əhəmiyyətindən danışdı. Söhbətdə xüsusi vurğulandı ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada dostluğa və qardaşlığa bir nümunədir.

Daha sonra Azərbaycan parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşü oldu. 

Azərbaycanlı həmkarlarını səmimiyyətlə salamlayan TBMM-nin sədri iki qardaş ölkənin parlamentləri arasındakı qardaşlıq münasibətlərindən bəhs etdi. 

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğu vurğulandı. İki qardaş ölkə parlamentləri arasındakı əlaqələr, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirildi. Qeyd olundu ki, Azərbaycan və Türkiyə parlamentləri dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olan məsələlərdə birgə səylərini bundan sonra da davam etdirəcəklər.

Xəbər lenti
0