Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dünyada dollar bumu: Manat bu dalğada duruş gətirə biləcəkmi?

© Sputnik / Murad OrujovDollar-manat
Dollar-manat - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Dünyada dolların bahalaşması dolayısı ilə manatın məzənnəsinə də təsir göstərəcək. Dünyada dollar bahalaşırsa, Azərbaycanda dollar ucuzlaşa bilməz. Dolların möhkəmlənməsi manatın zəifləməsi deməkdir"

BAKI, 11 mart — Sputnik. Dünən keçirilən toplantıda Avropa Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 0,05%-dən 0%-ə salıb. AMB depozitlər üzrə faiz dərəcəsini —0,3%-dən —0,4%-dək endirib, aylıq aktiv alışı məbləği 60 milyard avrodan 80 milyard avroya qaldırıb. AMB yanvar ayında keçirilən yığıncaqda faizin uçot dərəcələrində dəyişiklik etməmişdi. 

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Avropa Mərkəzi Bankının uçot dərəcəsi aşağı salması gözlənilən idi. Çünki, ABŞ-ın Federal Ehtiyat Sistemi (Federal Reserve System) faziləri artırmaq barədə qərar verib və ilkin addımı 2015-ci ilin dekabr ayında atıb. Bu il ərzində də bir neçə dəfə, ən azı bir dəfə faiz dərəcəsini qaldırmaq haqqında qərarı var".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, Amerikada uçot dərəcəsi qalxacaqsa, Avropa Mərkəzi Bankı bütün faizləri sırıflayıbsa, hətta depozitlər üzrə faizləri —0,4%-dək endiribsə, bu o deməkdir ki, kredit götürərkən hələ bank da sizə əlavə pul verəcək "Belə bir şəraitdə yaxın gələcəkdə avronun ucuzlaşması, dolların möhkəmlənməsi prosesi sürətlənəcək. Amma dünənki qərardan sonra birjalar, bazarlar özlərini qəribə apardı. Qərar çıxan kimi avro kəskin şəkildə ucuzlaşdı, sonra isə kəskin şəkildə bahalaşdı".

"Bu onu göstərir ki, bazarın özündə də tam bir fikir yoxdur ki, hansı səviyyədə dollar-avro kursu dayanmalıdır. Bu gün yenidən səhər saatlarından avronun kursunun dollar qarşısında aşağı düşməsi, zəifləməsi prosesi gedir. Düşünürəm ki, bu il ərzində avro dollar qarşısında ucuzlaşacaq. Təxminən 1 avro 1.05 dollar səviyyələrini görəcək", —deyə ekspert bildirib.

"Avropa Mərkəzi Bankının qərarının Azərbaycan manatına təsiri olacaqmı?" sualına N. Cəfərli belə cavab verib: "Bunun dolayı təsiri ola bilər. Dünyada dolların bahalaşması dolayısı ilə manatın məzənnəsinə də təsir göstərəcək. Dünyada dollar bahalaşırsa, Azərbaycanda dollar ucuzlaşa bilməz. Dolların möhkəmlənməsi manatın zəifləməsi deməkdir".

Ekspert qeyd edib ki, mərkəzi banklar bütün dünyada iqtisadiyyatı təşviq etməyi düşünür: "İqtisadi aktivliyin artırılması haqqında qərarlar verirlər. Yaponiyanın Mərkəzi Bankından, obrazlı desək, 1000 dollar borc alan bank bunu geri qaytaranda 999 dollar qaytarır. 1 dolları da Yaponiya bankı hədiyyə edir. Təki kreditləşmə, iqtisadi aktivlik artsın. İqtisadi aktivlik artıqca iqtisadi tənəzzül, işsizliklə bağlı problemlərin həll olunacağını düşünürlər. Amma dünyada başqa proseslər də gedir. Məsələn, Çinin iqtisadi artım tempinin sürətlə aşağı düşməsi bir dalğa effekti yaradır və bütün dünyaya təsir göstərir. Bütün ölkələrin mərkəzi bankları çalışır ki, bu dalğa effektindən özlərini qorusun. Bunun da yolu daha ucuz kreditlərə keçid modelidir".

Natiq Əmirov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Manat artıq öz fundamental məzənnəsini tapmaqdadır"

"ABŞ-ın Federal Ehtiyat Sistemi dünyada gedən prosesləri yaxından izləyir. Avropa Mərkəzi Bankı faiz dərəcəsini sıfıra saldısa, onsuz da indiki şəraitdə Federal Ehtiyat Sisteminin uçot dərcəsini qaldırmağa ehtiyac qalmır. Düşünürəm ki, FES bu dəfə faiz dərəcəsini qaldırmayacaq. Amma gələn dəfə qaldıra bilmə ehtimalı haqqında ciddi bir siqnal verəcək. Bazarlara mesaj verəcək ki, növbəti iclasların birində uçot dərəcəsi qaldırılacaq", —deyə ekspert əlavə edib.

Qeyd edək ki, martın 11-nə Azərbaycanda manata nəzərən avronun məzənnəsi 4 qəpikdən çox artaraq 1.8378 manata çatıb. Martın 10-na bu göstərici 1.7907 manat idi.

Xəbər lenti
0