BAKI, 10 mart — Sputnik. Dağıstan əsilli “Sümeyye” kod adlı Kristina Tixonovanın intihar terroru etmək üçün Türkiyəyə gəldiyi irəli sürülüb.
Sputnik habertürk-ə istinadla xəbər verir ki, Tixonovanın 18 fevralda Moskvadan İstanbula gəldiyi xəbəri üzərinə kəşfiyyat qurumları hərəkətə keçib.
18 yaşında olan terrorçu qadının Dağıstanda olan yoldaşlarına "Türkiyədə özümü partladacağam. 2 həftəyə qədər cənnətə gedəcəyəm" deyərək vida etdiyi məlumatı da kəşfiyyat hesabatlarına əks olunub.
Terrorist haqqında əldə edilən məlumatlar 2 martda gizli yazıyla 81 şəhərdəki qurumlarla paylaşılıb.