ELM

Prezident Təhsil üzrə Komissiyanı niyə ləğv etdi?

© Official website of President of Azerbaijan Republic REPORTAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər arasında bunu struktur islahatlarının tərkib hissəsi kimi qiymətləndirənlər də var, komissiyanın fəaliyyətinin az nəzərə çarpması ilə izah edənlər də

Prezident Təhsil üzrə Komissiyanı niyə ləvğ etdi?
BAKI, 10 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya artıq ləvğ edilib. Martın 9-da prezident İlham Əliyev bu haqda sərəncam verib. Məsələni Sputnik-ə şərh edən təhsil ekspertləri arasında bu dəyişikliyi aparılan struktur islahatlarının tərkib hissəsi kimi qiymətləndirən də var, komissiyanın fəaliyyətinin az nəzərə çarpması ilə izah edənlər də.
Lyubov Qlebova - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan mühüm təklif: 15 min xarici vətəndaş pulsuz ali təhsil almağa dəvət edilir

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev bu adımı struktur islahatları kimi qiymətləndirir və Təhsil Nazirliyinin fəaliyyətini müasir tələblər səviyyəsində qurduğu təqdirdə belə quruma ehtiyac qalmadığını deyir: "İndiyə qədər o Təhsil üzrə Komissiyaya ehtiyac var idi. Çünki, bir sıra məsələlərin həllində fəal iştirak eləyirdi. Xüsusən kadr hazırlığı məsələlərində kimissiyanın təklifləri olurdu. Görünür ki, artıq Təhsil Nazirliyi strukturunda yeniləşmələr və islahatlar aparılır. Yaxşı olar ki, Nazirlər Kabineti də bu sahədə fəallığını artırsın".

"Təhsilin inkişafı üzrə aparılan strategiyada da konkret vəzifələr qoyulub ki, icraçılar o vəziflərin yerinə yetirilməsində fəallıq göstərsələr, Təhsil Komissiyasına ehtiyac qalmaz", —deyə ekspert bildirib.

Təhsil eksperti Etibar Əliyev isə Təhsil üzrə Komissiyanın ləğvinin, bu sahədə olan çoxşaxəli tabeçiliyin aradan qaldırılması məqsədi güddüyünü düşünür: "O komissiya dövlət hesabına təhsil almağa gedən tələbələrin ixtisasının prioritetini müəyyənləşdirirdi. Ali məktəblərə qəbul planının formalaşmasında öz rəyi mövcud idi. Təhsilin inkişaf strategiyasının sənəd formasında tətbiqində bu komissiyanın böyük rolu olub. Hər halda bunu təhsildə idarəetmə sisteminin və qərar qəbul etmək prossesinin daha da təkmilləşdirilməsi məqsədi ilə atılmış addım kimi qəbul etmək olar. Təhsil Nazirliyinin nəzdində komissiyalar movcuddur, deməli bu, çoxşaxəli tabeçiliyi aradan qaldırmaq lazım idi".

Xəzər Universitetinin rektoru, vaxtilə Təhsil üzrə Komissiyanın üzvü olan Hamlet İsaxanlı isə əvvəllər komissiyanın çox fəal olduğunu söyləyir: "Sonralar komissiyanın işi zəiflədi. Düşünürəm ki, onun ləğv edilməsi təbiidir. Yaqin ki, həmin funksiyalar Təhsil Nazirlyinə veriləcək".

Martın 9-da prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb. Komissiyanın sonuncu tərkibi prezidentin 2013-cü ildə imzaladığı sərəncamla təsdiqlənib. Müvafiq nazirlərinin və dövlət qurumları rəhbərlərinin daxil olduğu komissiyaya Prezident Administrasiyasının rəhbəri sədrlik edirdi.

Xəbər lenti
0