Avropa Parlamentində böyük qalmaqal

© Sputnik / Aleksey VitvitskyAvropa Parlamenti
Avropa Parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Yunan deputat Eleftherios Synadinos türkləri "barbar, vəhşi it" adlandırdığı üçün Baş Assambleyadan qovulub

BAKI, 10 mart — Sputnik. Avropa Parlamentinin sədri Martin Şults türkləri təhqir edən radikal millətçi yunan parlamentarini Baş Assambleyadan qovub. Sputnik gun.az-a istinadən xəbər verir ki, yunan deputat Eleftherios Synadinos türkləri barbar, vəhşi it adlandırıb.

"Elmi ədəbiyyatda osmanlılar it kimi təsvir edilir. Türkləri barbarlar, pis yalançılar kimi tərif edə bilərik. Türklər vəhşi it kimi düşmənlə savaşdan qaçırlar", —deyə yunan deputat bildirib.

Bu açıqlamadan sonra Parlament sədri onu salondan qovaraq deyib: "Qırmızı xətt keçildi. Bu, qəbuledilməzdir, xüsusilə də, irqçi fikirlər".

Qeyd edək ki, iclas Türkiyə və Avropa Birliyi arasındakı miqrant razılaşmasına həsr olunmuşdu.

Xəbər lenti
0