SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz"

© Azərtacİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti: "Siyasətçilər məsuliyyətli olmalıdırlar. Media təmsilçiləri də məsuliyyətli olmalıdırlar. Ancaq şahidi oluruq ki, xəbərlərdə əsasən toqquşma, qaçqınlar böhranı barədə reportajlar verilir. Bu, bizi təcrid olunmağa aparır"

BAKI, 10 mart — Sputnik. "Multikultaralizm Azərbaycanda dövlət siyasətidir. Bu il Azərbaycanda multikulturalizm ilidir. Dövlət siyasəti və cəmiyyətin yanaşması bu sahədə fərqlənmir". Sputnik APA-ya istinadən xəbər verir ki, bunu IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

İlham Əliyev - Sputnik Azərbaycan
İlham Əliyev 2016-cı ili Azərbaycanda multikulturalizm ili elan etdi

O bildirib ki, multukulturalizm dəyərlərinin təşviqi ilə bağlı Bakı Prosesi və digər tədbirlər keçirilib: "Bir aydan sonra BMT-nin Sivilizasiyalararası Forumunu keçirəcəyik. Siyasətçilər məsuliyyətli olmalıdırlar. Media təmsilçiləri də məsuliyyətli olmalıdırlar. Ancaq şahidi oluruq ki, xəbərlərdə əsasən toqquşma, qaçqınlar böhranı barədə reportajlar verilir. Bu, bizi təcrid olunmağa aparır".

"Biz hamımız bir-birimizə bağlıyıq. Avropa və Orta Şərq arasında məsafə çox olsa da, insanların ailəsi üçün sığınacaq tapmaq cəhdlərini dayandıra bilməzsiniz. Heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz, hamımız bir-birimizə bağlıyıq. Biz bununla fəxr etməliyik", —deyə Prezident vurğulayıb.

Keçən ay Gəncədə İmamzadə Kompleksinin açılışının həyata keçirildiyini xatırladan dövlət başçısı qeyd edib ki, açılışda müxtəlif dini icmaların nümayəndələri çıxış ediblər: "Bu, ölkəmizdə işlərin necə aparıldığını göstərir. Bu, bizim dünyaya mesajımız idi. Azərbaycanın ən böyük məscidində ilk dəfə şiə və sünnilər birgə ibadət etdilər. Bütün bunlar bizim ən böyük zənginliyimizdir. Bu konsensus olmasa, daha böyük uğurlar əldə edə bilməyəcəyik. Multukulturalizmi təşviq edərək daha böyük uğurlar qazanacağıq".

"Eurovision" mahnı müsabiqəsindən və Birinci Avropa Oyunlarından söz açan Prezident, Azərbaycanın regionda daha proqnozlaşdırılan vəziyyət yaratmağa çalışdığını vurğulayıb.

Xəbər lenti
0