SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Oqtay Əsədov Türkiyəyə rəsmi səfər edəcək

Abunə olmaq
Rəsmi səfər zamanı Milli Məclis sədrinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, ölkənin Baş naziri Əhməd Davudoğlu ilə görüşləri də gözlənilir

BAKI, 9 mart — Sputnik. Martın 10-11-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlamentin nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlardan Şəmsəddin Hacıyev, Ağalar Vəliyev, Malik Həsənov, Çingiz Qənizadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti ilə yaxından maraqlanacaqlar. Burada Milli Məclis sədrinin Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahramanla görüşü nəzərdə tutulub. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, hər iki parlamentdə fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin daha da dərinləşməsi barədə söhbətlər aparılacaq.

Rəsmi səfər zamanı Milli Məclis sədrinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, ölkənin Baş naziri Əhməd Davudoğlu ilə görüşləri də gözlənilir. Bu görüşlərdə ikitərəfli əlaqələrin daha da inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, regionda vəziyyət, bölgədəki münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti
0