Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İranın düşməni ilə dostlaşmaq Azərbaycana nə vəd edir?

© Photo : Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü. Arxiv şəkli
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Qətərlə iqtisadi münasibətlərin siyasi əməkdaşlıq səviyyəsinə qaldırılmasının perspektivlərini şərh edirlər: "Rəsmi Bakı bu roldan maksimum istifadə etmək niyyətindədir"

İranın düşməni ilə dostlaşmaq Azərbaycana nə vəd edir?
BAKI, 9 mart — Sputnik. "Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq". Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşündə deyib. 

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Sputnik / Murad OrujovЭльхан Шахингоглу, политолог
Эльхан Шахингоглу, политолог - Sputnik Azərbaycan
Эльхан Шахингоглу, политолог

Regionda və dünyada baş verən proseslər fonunda Qətər Əmrinin ölkəmizə səfərinə politoloqlar müxtəlif aspektlərdən yanaşırlar. Bəzi ekspertlər iddia edirlər ki, neftin qiymətinin düşməsindən sonra Azərbaycan ərəb dünyasından investisiya cəlb etməyi hədəfləyib.

Konkret Qətərə gəldikdə isə, o, Türkiyənin yaxın müttəfiqi və İranın rəqibidir. İranla sıx münasibətlərin qurulduğu bir zamanda Qətərlə də əlaqələrə diqqət yetirilməsi, onu potensial investor kimi ölkəyə dəvət etmək Azərbaycana nə vəd edir?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycan Ərəb dünyası ilə iqtisadi-ticarət sahəsində əməkdaşlığı genişləndirməklə ölkəyə investisiya cəlb edə bilər. "Qətər əmiri ilə də 8 sənəd imzalandı. Düzdür, hələ ortada layihələr yoxdur. Ancaq, hər halda Qətər əmiri Azərbaycana səfər edibsə, deməli artıq onlar da iqtisadi-ticarət əməkdaşlığını nəzərdən keçirirlər", —deyə E. Şahinoğlu Sputnik-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu istiqamətdə əməkdaşlıq mümkündür: "Bu gün Azərbaycanın xarici investisiyalara ehtiyacı var. Qərbdən gələn investisiyalar azdısa, deməli Ərəb dünyası ilə əlaqələri inkişaf etdirib, varlı ərəb ölkələrindən Azərbaycana investisiya cəlb etmək mümkündür".

Politoloq İlqar Vəlizadə bildirir ki, Fars körfəzində yerləşən ərəb ölkələri ilə Azərbaycanın münasibətləri illər öncədən qurulub: "Qətər əmirin Azərbaycana səfəri qarşılıqlı maraqlardan irəli gəlir. Onun sözlərinə görə, bu səfər ərəb ölkələrinin Azərbaycana artan marağını əks etdirir.

Siyasi təhlilçinin qənaətincə, imzalanan sənədlər və müzakirə olunan məsələlər onu göstərir ki, bu ölkələr, o cümlədən də Qətər Azərbaycanla bir çox sahələrdə münasibətlərin inkişafında maraqlıdır: "Bu o deməkdir ki, Azərbaycan bu ölkələr üçün regionda mühüm strateji partnyora çevrilir. Bunlar təkcə Azərbaycanla münasibətlərdə maraqlı deyillər. Regionda öz mövqelərini möhkəmləndirməkdə maraqlıdırlar".

"Azərbaycan isə bu ölkələr üçün tək partnyor yox, hətta dayaq kimi görsənir. Azərbaycan tərəfi bunu başa düşür və bu roldan maksimum istifadə olunacağına da ümidlər ifadə edir", —deyə politoloq vurğulayıb.

Məsələnin regionda qüvvələr nisbətinə hansısa formada təsir göstərə biləcəyinə gəlincə, Elxan Şahinoğlu deyir ki, Azərbaycan milli təhlükəsizlik və iqtisadi maraqlarından çıxış edərək müstəqil xarici siyasət yürüdür: "Bu gün İran özü Qərb ölkələri ilə əməkdaşlıq qurur. Bölgə ölkələri də İranla əməkdaşlıq edir. Hətta, İranla Türkiyə arasındakı fərqli münasibətə baxmayaraq baş nazir Əhməd Davudoğlu İrana səfər etdi ki, bu ölkə ilə iqtisadi-ticarət əməkdaşlığını genişləndirsin".

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın İran, Rusiya, Qətər və yaxud ABŞ ilə əməkdaşlının genişlənməsi heç bir üçüncü dövlətin əlehinə deyil: "Ona qalsa, Qətər əmiri bir müddət öncə Rusiyaya səfər etmişdi. Baxmayaraq ki, Rusiya ilə Qətərin Suriya probleminə baxışları arasında 180 dərəcə fərq var. Amma, mümkün layihələri nəzərdən keçirirlər, əməkdaşlıq edirlər. Bu o demək deyil ki, biz Qətərlə iqtisadi-ticarət əməkdaşlığını genişləndirmək istəyiriksə Qətərin Suriya siyasətini tam bəyənirik. Ümumiyyətlə, biz Suriya məsələsində neytral mövqedən çıxış eləyirik. Suriyanın ərazi bötüvlüyünü dəstəkləyib orada sülh istəyirik. Amma, biz bu məsələdə nə İran-Rusiya, nə də Türkiyə və Səudiyyə Ərəbistanın mövqeyini müdafiə edirik".

Qeyd edək ki, son zamanlar Azərbaycanla ərəb ölkələri arasında yüksək səviyyədə qarşılıqlı səfər olur. Ötən ayın əvvəlində prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliyində səfərdə olmuşdu.

Xəbər lenti
0