Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hədəf xarici investorlardır

© Sputnik / Murad OrujovMaliyyə hesabatı
Maliyyə hesabatı - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspertlərin fikrincə, Azərbaycanda başlanmalı olan özəlləşdirmə prosesi xarici maliyyə olmadan mümkün deyil: "Yerli investorların iştirakı da vacibdir. Lakin onlar dominant rol oynayacaq qədər güclü deyillər"

Hədəf xarici investorlardır
BAKI, 9 mart — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsində qadağa götürülüb. Onlar özəlləşdirilə bilən dövlət obyektləri sırasına daxil edilib.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Prezident həmin müəssisələrin özəlləşdirməyə açılması səlahiyyətini özündə saxlayıb. Özəlləşdirilə bilən müəssisələrə Təcrübə-Sınaq Mərkəzi (AzTEST) və Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu nəzdindəki «Azstandartinform» MMC aiddir.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə bildirib ki, bu proses müəyyən dəyişikliklərə səbəb ola bilər: "Çünki qanunlarımıza əsasən, özəl şirkət yoxlayıcı funksiyaları yerinə yetirə bilməz. Bu özəlləşdirmə proqramının detalları hələ bilinmir, çünki Standartlaşma və Metrologiya üzrə Dövlət Komitəsinin dövlət adından lisenziya vermə və yoxlama səlahiyyətləri də vardı. Bizim Konstitusiya və qanunlarımıza görə, bu səlahiyyətlər ancaq dövlət orqanlarında ola bilər və özəl şirkətlər yoxlayıcı funksiyaları yerinə yetirə bilməzlər. Burada əsasnamədə də müəyyən dəyişikliklər olmalıdır. Özəlləşdiriləcək müəssisələrin və hansı şərtlər daxilində fəaliyyət göstərməsi ilə bağlı da əlavə tədbirlər planı hazırlanacaq. Bununla bağlı Nazirlər Kabinetinə tapşırıq da verilib".

"Düşünürəm ki, əsas hədəf kimi xarici investorların hər bir sahədə, o cümlədən bu sahədə də ölkəyə gətirilməsinə çalışılacaq. Bunun üçün isə xarici investorlara kifayət qədər münbit şərait və cəlbedici bir iqtisadi təkliflər paketi hazırlamaq lazımdır", —deyə iqtisadçı bildirib.

N. Cəfərlinin sözlərinə görə, əcnəbi investorlar üçün müəyyən vergi güzəştləri və işləmə prinsipləri təklif olunmalıdır ki, onların Azərbaycana gəlməyə marağı yaransın.

İqtisadçı ekspert Nicat Hacızadənin də sözlərinə görə, özəlləşdirilən müəssisələrin reytinqini nəzərə almaq lazımdır. "Özəlləşdirmə proqramları o zaman həyata keçirilir ki, ölkədə maliyyəyə, pula ehtiyyac olur və ölkəyə yeni investisiyaların və valyutaların axıb gəlməsi vacib olur. Belə olan şəraitdə Azərbaycan dövləti bir sıra özəlləşdirmə proqramlarına getmək istəyir. Özəlləşdirmə proqramı ilə bağlı bir sıra müddəalar var. Nəzərə almaq lazımdır ki, həmin müəssisələr həqiqətən də investorlar üçün cəlbedicidirmi? Misal üçün, "Dəmir Yolları" QSC-ni özəlləşdirməyə çıxarsaq, onun infrastruktur səviyyəsi, cəlbediciliyi və beynəlxalq təşkilatlardakı reytinqi nəzərə alınmalıdır", —deyə o, Sputnik-ə açıqlamasında vurğulayıb.

Ekspertlərin sözlərinə görə, özəlləşdirilmə prosesində daxili investorların iştirakı da vacibdir: "Lakin onlar dominant rol oynayacaq qədər güclü olmadığından, əsas hədəf kimi xarici investorlar götürülməlidir".

Qeyd edək ki, 1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyekti, eləcə də qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Standartlaşdırma və metrologiya müəssisələri isə özəlləşdirilməyə ilk dəfə çıxarılır.

Xəbər lenti
0