SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev "narıncı inqilab"ın lideri ilə görüşdü

© Sputnik / Grigoriy Vasilenko / Mediabanka keçidUkraynanın keçmiş prezidenti Viktor Yuşenko
Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonu qəbul edib.

BAKI, 9 mart-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın keçmiş prezidenti, 2004-cü ildə Kiyevdə baş vermiş "narıncı inqilab"ın lideri Viktor Yuşenkonu qəbul edib.

Sputnik prezident.az-a istinadla xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.

Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.

Ukraynanın sabiq prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gəlib. O, 10-11 mart tarixində Bakı şəhərində keçiriləcək "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr olunan Foruma qatılacaq.

Xəbər lenti
0