BAKI, 9 mart-Sputnik. Bakıda növbəti dəfə ailə faciəsi baş verib.
Sputnik-in məlumatına görə, faciəvi hadisə martın 8-də saat 21.00 radələrində Nəsimi rayonunda qeydə alınıb. Rayon sakinləri, 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun meyitləri yaşadıqları evin vanna otağında aşkar edilib.
Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, ilkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.