BAKI, 9 mart-Sputnik. Pentaqon İŞİD liderlərindən olan Əbu Omar aş-Şişaninin öldürüldüyünü təsdiqləyib.
Sputnik-in məlumatına görə, ABŞ hərbi qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar aş-Şişanini zərərsizləşdirdiyi barədə daha əvvəl yayılan xəbərlərin doğru olduğunu açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.
Piter Kuk əş-Şişaninin ölümünün İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcəyini də əlavə edib.