Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kaman ustası

© Photo : Public DomenŞəfiqə Eyvazova
Şəfiqə Eyvazova - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının xalq artisti Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olub.

BAKI, 9 mart — Sputnik. Görkəmli kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olub.

Eyvazova 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1963-76-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Ə. Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olub.

1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına “Rast”, “Cahargah”, “Rahab”, “Şur”, “Şüştər” və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-da keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak edib.

1974 ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olub.

Xəbər lenti
0