BAKI, 8 mart — Sputnik. Şengen zonasını xilas etmək mümkün oldu.
Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland Brüsseldə keçirilən Avropa İttifaqı-Türkiyə sammitinin yekunlarını şərh edərkən bəyan edib.
“Şengen olmasa, Avropa da olmayacaq. Şengen zonası bu gün xilas oldu”, deyə F.Olland bildirib.
Qeyd edək ki, bir sıra Avropa ölkələri miqrantlar üçün sərhədləri birtərəfli qaydada bağlamaq qərarına gəlmişdilər.
Xatırladaq ki, martın 7-də Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Sammitdə Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar.