Keçmiş MTN Akademiyasına yeni rəis təyin edildi

© Photo : State Security Service of the Republic of AzerbaijanMilli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Akademiyanın keçmiş rəisi Ziya Yusifzadə 2015-ci ildə vəfat edib. Həmin vaxtdan bu vəzifə boş qalırdı.

BAKI, 8 mart — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

İsmayıl Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb. O, bundan əvvəl milli təhlükəsizlik nazirinin müavini olub.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

DTX-dan yeni təyinatların olduğu barədə məlumatı APA-ya təsdiqləyiblər.

Xəbər lenti
0