Bayramqabağı hazırlıq ölkədə bayram günündən bir ay əvvəlcədən başlayır. Bayramdan öncə insanlar təbiətin dörd ünsürünü təcəssüm edən dörd çərşənbə gününü qeyd edir.
Bu gün paytaxt sakinləri üçüncü çərşənbəni — "Yel çərşənbəsini" qeyd edir. Bu həftədən başlayaraq artıq təbiət oyanmağa başlayır. Ta qədimdən azərbaycanlılar "Yel çərşənbəsini" xüsusi olaraq qeyd edirlər. Günün əsas hadisəsi, əlbəttə, tonqal qalayıb üstündən tullanmaqdır. Əcdalarımızın inanclarına görə od bütün ağrı və əziyyətləri yandırıb kül edir, insanlar odun üzərindən tullanaraq saflanır.
Bu gün həm də artıq səməni yetişdirmək üçün bolluq rəmzi olan buğda isladılır.
İlk üç təbiət ünsürünün oyanması son və ən əsas ünsürün torpağın canlanmasından xəbər verir.