BAKI, 6 mart — Sputnik. “AZALjet” “Wizzair”in təqdim etdiyi qiymətlərdən yaxşısını təqdim edə bilməyəcək”. “APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirdiyi brifinqdə Macarıstanın “Wizzair” şirkətinin baş direktoru Yojef Varadi bildirib.
Onun sözlərinə görə, “AZALjet” "Wizzair" kimi il ərzində qiymətləri stabil saxlaya bilməyəcək: “Ola bilsin ki, onlar da mövsümi kampaniyalar keçirsin. Amma il ərzində eyni qiymətlə uçuşlar təşkil edə bilməyəcəklər. Bizim hər bir sərnişinə çəkdiyimiz xərclər AZAL-ın çəkdiyi xərclərin ¼ qədərdir".
O, Türkiyənin “Pegasus” şirkətinin Azərbaycan bazarında möhkəmlənməsinin rəqabəti artıracağını da dilə gətirib. “Pegasus” böyük seçim tədim edir. Ancaq Qərbi Avropaya və ya ümumiyyətlə Avropaya uçmaq üçün “Wizzair” bir pəncərədir. Biz rəqabətə hazırıq və bunu istəyirik".