Özünü öldürməyə qoymadılar

CC0 / rebcenter-moscow / suicideintihar damdan tullanma
intihar damdan tullanma - Sputnik Azərbaycan
Abunə olmaq
Gəncə şəhəri, Kəpəz rayonunda bir nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb.

BAKI, 5 mart — Sputnik. Bu gün Gəncə şəhəri, Kəpəz rayonunda bir nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb.

Sputnik-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:55-də başa çatıb.

Xəbər lenti
0